Dezinfeksiya işləri və ərzaq yardımı mütəmadi olaraq davam etdirilir.
17 aprel 2020 | 16:00
Rayon ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya işləri davam etdirilir. Bu gün Qəbələ rayonunda bir çoxmənzilli yaşayış binasında və ətraflarında, Zarağan, Soltannuxa və Hacıalılı kəndlərində sanitar-dezinfeksiya işləri davam etdirilmişdir. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları edilib.