Qəbələdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
19 aprel 2020 | 04:00
Rayonumuzda dezinfeksiya tədbirləri çərçivəsində H.Əliyev prostpektində və N.Nərimanov küçəsində, 2 gündəlik tələbat malları mağazasında və ətraflarında, 1 müəssisədə sanitar-dezinfeksiya işləri davam etdirilmişdir. Həmçinin ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımları çatdırılıb.