Rayon ərazisində koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.
20 aprel 2020 | 04:00
Qəbələ rayonunda dezinfeksiya tədbirləri çərçivəsində bu gün 4 gündəlik tələbat malları mağazasında və ətraflarında, 1 aptekdə və 1 digər təyinatlı obyektdə sanitar-dezinfeksiya işləri davam etdirilmişdir. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları edilib.