Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon təşkilatının işçiləri aztəminatlı ailələr və tənha yaşayan ahıl insanlarla görüşüblər.

22 aprel 2020 | 02:00

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qəbələ Rayon Təşkilatının işçiləri  “Evdə qal” aksiyası çərçivəsində ehtiyacı olan ailələrə və tənha yaşlı insanlara baş çəkmişdir.
Təşkilatın əməkdaşları xüsusi karantin rejimi müddətində yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxa bilməmələrini nəzərə alaraq həmin sakinlərin evinə getmiş, onlarla özlərinin və yaxınlarının sağlamlığı naminə evdə qalmaları və gigiyenik qaydalara ciddi əməl etmələri barədə maarifləndirici söhbətlər aparmışlar. 
Görüş zamanı QMƏVŞA İB rayon təşkilatının nümayəndələri tənha və ahıl insanlara müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar da təqdim etmişlər.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər