Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrə qarşı təxirəsalınmaz tədbirlər davam etdirilir.

22 aprel 2020 | 04:00

Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi, onun qarşısının alınması və bu sahədə aparılan müvafiq qabaqlayıcı tədbirlərinin effektivliyinin yüksəldilməsi məqsədilə rayon icra hakimiyyəti tərəfindən tərtib olunan qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bununla əlaqədar rayonda pandemiyaya qarşı təşkil olunan mübarizə tədbirləri sırasında sanitar-dezinfeksiya işləri müntəzəm xarakter daşıyır. Belə ki, gün ərzində Qəbələ şəhərində 4 çoxmənzilli yaşayış binasında, həmin binaların girişlərində və 1 küçədə sanitar-dezinfeksiya işləri aparılmışdır.
Həmçinin həyata keçirilən tədbirlər zamanı sakinlərə hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi onlara izah edilmişdir.
Xüsusi karantin rejimi ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları da göstərilmişdir.
Onu da qeyd edək ki, rayonda dezinfeksiya tədbirləri növbəti günlərdə də davam etdiriləcəkdir.

Keçidlər