Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tənha şəxslərə və imkansız ailələrə yardım edilib.

23 aprel 2020 | 02:00

Rayon təhsil şöbəsinin işçiləri tənha insanlara və ehtiyacı olan aztəminatlı ailələrə baş çəkmişdir.
Aksiya çərçivəsində 30 aztəminatlı ailəyə və 65 yaşdan yuxarı olan tənha, imkansız şəxslərə yardım edilmişdir. Onlar vətəndaşlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib.
Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
Dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək istiqamətində rayonumuzda həyata keçirilən xeyriyyə kampaniyaları koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal” çağrışının təmin edilməsi məqsədilə təşkil olunub.

Keçidlər