Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda koronavirus pandemiyasına qarşı aparılan tibbi-profilaktik tədbirlərin səmərəliliyi artırılmışdır.

23 aprel 2020 | 04:00

Rayonda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davamlı olaraq həyata keçirilməsi üçün səylər daha da artılıb. Həyata keçirilən tədbirlər çərçivəsində bu gün Qəbələ şəhərindəki 3 çoxmənzilli yaşayış binasında, həmin binaların girişlərində və rayon ticarət mərkəzində sanitar-dezinfeksiya işləri aparılmışdır.
İndiyə kimi kimi müntəzəm təşkil olunan təxirəsalınmaz tibbi-profilaktiki və sanitar-dezinfeksiya tədbirləri rayon ərazisindəki küçə və parkları, idarə, müəssisə və təhsil obyektlərini əhatə etmişdir.
Koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar rayon icra hakimiyyətində əlaqədar təşkilatların rəhbərlərinin və inzibati ərazi nümayəndələrinin iştirakı ilə keçirilmiş video-müşavirədə tibbi-profilaktik işlərin daha çox ərazini əhatə etməsi məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq aparılan işlərin səmərəliliyi daha da artırılmış, idarə və qurumlar arasında əlaqələndirmə işləri gücləndirilmişdir.

Keçidlər