Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

ASAN Səyyar Xidməti Qəbələdə

02 avqust 2013 | 15:00

Avqustun 1-dən 15-dək Qəbələ rayonunun ümumi sayı 100000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək. Qəbələ şəhərinin mərkəzi hissəsində göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Burada vətəndaşlar növbəli şəkildə səyyar xidmət nəqliyyatına yaxınlaşaraq göstərilən xidmət növlərindən istifadə edirlər. Bu xidmətlərə aşağıdakılar daxildir:
 Notariat fəaliyyəti
 Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
 Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
 Sürücülük vəsiqələrinin dəyişdirilməsi
 Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
 Əmək pensiyalarının təyin edilməsi
 Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
 Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər