Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dezinfeksiya işləri genişləndirilib.

25 aprel 2020 | 04:00

Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin qorunması məqsədilə tibbi-profilaktik vəziyyətə nəzarətin daim diqqət mərkəzində saxlanıldığı Qəbələ rayonunda dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi daha da intensivləşdirilib. Belə ki, aprelin 24-də Qəbələ şəhərində 2 çoxmənzilli yaşayış binasında, həmin binaların girişlərində və Qəbələ Müalicə Diaqnostika Mərkəzində sanitar-dezinfeksiya işləri aparılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın göstərişlərinə uyğun olaraq rayonda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların təmas imkanlarının minimuma endirilməsi  ilə bağlı maarifləndirilməsi işləri, eləcə də aztəminatlı ailələrə və  tənha yaşlı sakinlərə müvafiq ərzaq yardımlarının edilməsi RİH tərəfindən daim nəzarətdə saxlanılır. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər