Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qanvermə aksiyası keçirilib.

26 aprel 2020 | 02:00

Azərbaycan Respublikasının Birinci vitse Prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən başladılmış qanvermə aksiyasına dəstək məqsədilə, 25 aprel tarixində Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası təşkil edilmişdir. Xüsusi karantin rejimində təşkil olunan aksiyanın əsas məqsədi qan və onun konponentlərinə ehtiyac olan xəstələrə (talassemiya, hemofiliya, leykoz, hemodializ və. s) qan tədarükü etməkdir. Aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının Şəki Bölməsinin tibbi personalının Qəbələyə ezam edilməsi ilə həyata keçirilmişdir. Qəbələ ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar bu xeyriyyə aksiyasında aktiv iştirak etmişdir. Xüsusi karantin rejimində təşkil edilmiş aksiyada donorlar qanalma otagına daxil olmadan öncə tibbi müayinədən keçmişlər. Həmçinin müəssədə əlcək, maska ilə tam təmin olunmalarına, dezinfeksiyaedici vasitələrin istifadəsinə diqqət edilmiş, sosial məsafənin qorunma normativləri nəzarətdə saxlanılmışdır. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Keçidlər