Qəbələdə dezinfeksiya işləri və aztəminatlı ailələrə ərzaq yardımları davam etdirilir.
26 aprel 2020 | 04:00
Qəbələ rayonu ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq sanitar-dezinfeksiya işləri aparılır. Aprelin 25-də şəhərin Zərifə Əliyeva küçəsində, 6 gündəlik tələbat malları mağazasında və həmin ticarət obyektlərinin ətrafında, həmçinin 1 müəssisədə sanitar-dizinfeksiya işləri davam etdirilib. Xüsusi karantin rejimi ilə əlaqədar həmin gün rayon icra hakimiyyəti tərəfindən tənha yaşayan ahıl sakinlərə və ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları da təqdim olunub.