Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Aztəminatlı ailələrə ərzaq yardımı göstərilir.

27 aprel 2020 | 02:00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələr, ahıl və tənha yaşayan vətəndaşlar daim diqqət mərkəzində saxlanılır. Onların problemləri dinlənilir, müvafiq sosial xidmətlər göstərir, zəruri ərzaq məhsullarından ibarət yardımlar paylanılır. Həmin vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır. Belə xeyriyyəçilik tədbirlərindən biri də aprelin 25-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsi tərəfindən təşkil olunub. Komitənin işçiləri həmin gün 25 aztəminatlı ailəyə və tənha yaşayan yaşlı sakinə ərzaq yardımları təqdim edib. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər