Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gündəlik davam etdirilir.
27 aprel 2020 | 04:00
Rayonda pandemiyaya qarşı mübarizə tədbirləri sırasında sanitar-dezinfeksiya işləri müntəzəm xarakter daşıyır. Dezinfeksiya tədbirləri çərçivəsində bu gün 3 gündəlik tələbat malları mağazasında və ətraflarında, 1 müəssisədə sanitar-dezinfeksiya işləri davam etdirilmişdir. Həmçinin Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları edilib.