Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir.

29 aprel 2020 | 16:00

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində Qəbələ rayonunda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir.
Aprelin 29-da Qəbələ şəhərindəki 2 çoxmənzilli yaşayış binasında, həmin binaların girişlərində və 3 gündəlik tələbat malları mağazasında və ətraflarında sanitar-dezinfeksiya işləri aparılmışdır.
Rayonda dezinfeksiya işləri ilə yanaşı, əhali arasında təhlükəli infeksiyadan qorunma istiqamətində təbliğat-izahat işləri aparılır, xüsusi karantin rejimi qaydalarına riayət edilməsinin vacibliyi onlara izah olunur.
Xüsusi karantin rejimi dövründə evdə qalan insanlara, xüsusilə 65 yaşdan yuxarı ahıl, kimsəsiz şəxslərə, imtiyazlı ailələrə xüsusi diqqət göstərilir.
Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu kateqoriyadan olan vətəndaşlara müxtəlif ərzaq yardımlarının verilməsi rayonun idarə, müəssisə, təşkilat və iş adamları tərəfindən də dəstəklənir.

Keçidlər