Profilaktik tədbirlər davam etdirilir.
01 may 2020 | 06:00
Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi, onun qarşısının alınması məqsədilə mütəmadi olaraq genişmiqyaslı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Rayonda mübarizə tədbirləri çərcivəsində sanitar-dezinfeksiya işləri müntəzəm xarakter daşıyır. Belə ki, gün ərzində Qəbələ şəhərində 9 gündəlik tələbat malları mağazasında və ətraflarında, 3 aptekdə və 1 müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır. Həmçinin xüsusi karantin rejimi ilə əlaqədar rayon icra hakimiyyəti tərəfindən tənha yaşayan ahıl sakinlərə və ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımları da təqdim olunub.