Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sosial dəstək tədbirləri davam etdirilir.

02 may 2020 | 03:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus (COVİD 19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimində həyata keçirdiyi sosial dəstək tədbirləri Respublikamızın rayonları üzrə davam etdirilir. Bununla əlaqədar FHN-nin əməkdaşları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahılar əsasında Qəbələ rayonunda yaşayan yaşı 65-dən yuxarı tənha şəxslərə və aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə ərzaq məhsullarından ibarət yardımlar çatdırılıb. Üç yüz iki ailə üçün nəzərdə tutulan sosial yardım bağlamalarını çatdıran FHN-nin əməkdaşları maarifləndirici söhbətlər apararaq, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyətini vurğulayıblar.

Keçidlər