Qəbələ rayonunda dezinfeksiya tədbirləri və aztəminatlı ailələrə ərzaq yardımları davam etdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması ilə bağlı mayın 2-də Qəbələ şəhərinin ərazisindəki İsmayıl Bəy və H.Aslanov küçələrində, eyni zamanda 1 aptektdə və 2 müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır.
Şəhərin parkları, küçələri, piyada səkiləri daim təmiz saxlanılır və həftədə bir neçə dəfə dezinfeksiya olunur.
Həmin gün rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan ahıl insanlara ərzaq yardımları da edilmişdir.
RİH-də yaradılan Qərargahın üzvləri pandemiya ilə əlaqədar əhali arasında evdən çıxmamaq şərtlərinə əməl olunması istiqamətində gündəlik maarifləndirmə işləri aparır.