Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün ərzaq yardımları göstərilmişdir.

04 may 2020 | 02:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə Heydər Əliyev Fondunun ölkədə uğurla həyata keçirdiyi sosial layihə davam edir. Fond tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə, tənha şəxslərə və yaşlı insanlara ərzaq dəstəyi göstərilir, onların sağlamlığının və müalicəsinin qeydinə qalınır. Layihə çərçivəsində Heydər Əliyev Fondunun sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün Qəbələ rayonuna göndərdiyi 716 ədəd ərzaq bağlamaları mayın 2-də öz ünvanlarına çatdırılıb. Sovqatları qəbul edən ailələr nəcib təşəbbüsə görə xeyriyyə aksiyasının təşkilatçılarına xoş arzularını ifadə ediblər.

Keçidlər