Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər və maarifləndirmə işləri görülmuşdür.

04 may 2020 | 04:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin həyata keçirilməsi davam edir. Profilaktika məqsədilə mayın 3-də Qəbələ şəhərinin ərazisindəki 2 küçədə, 2 çoxmərtəbəli binada, həmin binaların girişlərində, 3 marketdə və ətraflarında sanitar-dezinfeksiya işləri aparılmışdır. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayonda parklar, küçələr daim təmiz saxlanılır və müntəzəm olaraq dezinfeksiya olunur. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və  tənha yaşayan ahıllara ərzaq yardımları edilmiş, yaşı 65-dən yuxarı olan insanların elan olunmuş karantin rejimi ilə əlaqədar evdən çıxmaması ilə bağlı  maarifləndirmə işləri aparılmışdır.

Keçidlər