Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirusa qarşı qabaqlayıcı profilaktik tədbirlər təşkil olunub.

05 may 2020 | 06:00

Dünyanı bürüyən koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Qəbələ rayonunda da dövrü qaydada bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər görülür.
Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılmasına baxmayaraq rayon ərazisində fəaliyyət göstərən prospekt və küçələrdə, yollarda, səkilərdə, parklarda, meydançalarda, ticarət obyektlərində, yaşayış evlərinin ümumi istifadə olunan yerlərində, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər davam etdirilir. Mayın 4-də Heydər Əliyev prospektində, 5 gündəlik tələbat malları mağazasında və həmin mağazaların ətraflarında, 1 müəssisədə sanitar-dezinfeksiya işləri aparılıb.
Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları olunub.
Bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər