Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində Qəbələ RMX PHŞ-nin tibb işçiləri də aktiv iştirak edirlər.
06 may 2020 | 01:00
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində Qəbələ RMX PHŞ-nin tibb işçiləri də aktiv iştirak edirlər. Bu günə kimi 2065 nəfərdən diaqnostik məqsəd ilə yaxma götürülmüş, Bakı şəhərində laborator müayinə olunmuş, bu zaman birinci növbədə əhali ilə daha çox təmasda olan şəxslərin tibbi müayinə olunmasına üstünlük verilmişdir. Bu müddət ətzində Qəbələdə pozitiv nəticə çıxmış şəxslərin ayrılmış tibb müəssisələrində müalicə və müşahidəsi təmin edilmiş, ölüm hadisəsi və ağırlaşma baş verməmişdir. Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.