Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə rayon polis şöbəsinin əməkdaşları sakinlərə tibbi maskalar paylayıb.

10 may 2020 | 16:00

Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qaydaları yumşaldılsa da koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Əhalinin karantin qaydalarına əməl etməsi məqsədilə Qbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması ilə bağlı mütəmadi olaraq rayonda qabaqlayıcı tədbirlər görülür, sakinlərə karantin rejiminin qaydaları izah edilir. Polis şöbəsinin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli poçt şöbələrinin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, karantin rejiminin qaydalarına uyğun olaraq vətəndaşların 2 metr ara məsafəsini saxlanılmasını təmin edir və onların sağlamlıqlarının qorunması istiqamətində maarifləndirici məlumatlar verirlər. Sakinlərə tibbi maska paylayan Qəbələ RPŞ-nin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etməyi tövsiyə edirlər.

Keçidlər