Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İnsanların sosial rifahının yüksəldilməsi və sağlamlığının qorunması Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir.

16 may 2020 | 16:00

Azərbaycanın dövlət siyasətində əhalinin sosial rifahının gücləndirilməsi prioritetdir. Son zamanlar aparılan islahatlar, xüsusən koronavirus pandemiyası dövründə görülən işlər bunu bir daha əyani göstərdi. Bütün dünyanı cənginə almış koronavirus pandimeyası dövründə, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu şəraitdə bir çox dövlətlər, eləcə də beynəlxalq və regional institutlar  çaşqınlıq və özünə qapanma içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə  Prezident İlham Əliyev böyük təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kimə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu və bununla da Covid-19 virusuna qarşı apardığı qabaqlayıcı və uzaqgörən siyasəti beynəlxalq aləmdə Azərbaycana, onun prezidentinə olan etimadı və inamı bir daha artırdı. Beynəlxalq təşkilatlar tərəfindən pandemiya ilə bağlı ölkə başçısının həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirildi.İlk dəfə olaraq Koronavirusa qarşı Müdafiə Fondunun Azərbaycanda yaradılması və Prezident İlham Əliyevin bir illik əmək haqqının bu Fonda keçirilməsi ölkə əhalisi tərəfindən rəğbətlə qarşılandı və bu təcrübə qisa bir zamanda digər dövlətlər tərəfindən də həyata keçirilməyə başlanıldı. Sərhədlərin vaxtında bağlanması, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, bütün daxili imkanların səfərbər edilməsi, insanların sağlamlığının qorunub saxlanılması işinə xidmət edir. Epidemiya şəraitində iqtisadi sabitliyin təmin edilməsi, əhalinin həssas qruplarına yardımlar verilməsi, məşğulluqla bağlı problemlərin həll olunması məqsədilə böyük sosial-iqtisadi dəstək paketi qəbul olundu. Qısa bir zamanda  tikilib istifadəyə verilmiş iki böyük müəssisədə əhalini tam təmin edəcək qoruyucu maska və tibbi geyimlərin istehsalına başlanıldı. Bununla da ölkəmizdə dünyanı bürüyən Covid-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradıldı. Bu gün koronavirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstək yüksək səviyyədədir. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr siyahısındadır. Pandemiyanın davam etməsinə baxmayaraq, Prezident İlham Əliyevin qətiyyətli addımı və təşəbbüsü ilə 2020-ci il mayın 4 də Qoşulmama Hərəkatının təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “Covid-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Azərbaycana göstərilən hörmət və ehtiram onu göstərir ki, ölkəmiz beynəlxalq arenada böyük nüfuz qazana bilib. O, öz sözünə sadiq olduğunu bir daha sübut etdi. Bu, müxtəlif güc birliklərinin qlobal birlikdə bir araya gətirilməsinin məhz Azərbaycan Prezidentinin rəhbərliyi altında keçirilən zirvə toplantısında olması çox ciddi məqamlardan xəbər verir. Qoşulmama Hərəkatında yaradılmış Təmas Qrupu formatı üzv ölkələr tərəfindən böyük dəstək aldı. Azərbaycanın hərəkatın üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz kömək göstərilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırması təqdirəlayiq addım oldu. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Azərbaycan Prezidentinə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmiş, Azərbaycan nümunəvi ölkə adlandırılmışdır. Həqiqətən də ölkə başçısı “Covid-19” bəlası ilə mübarizədə dünya ölkələrinə öncüllük etdi. Belə ki, mərhələli şəkildə məhdudlaşdırıcı tədbirlər tətbiq edildi və hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışaraq uğur qazanıldı. Azərbaycanda dövlət xəstəxanalarının işi operativ surətdə tamamilə yeni formatda təşkil edildi.  Bu istiqamətdə görülən kompleks tədbirlər çərçivəsində 10 modul tipli xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti vardır. Belə ki, bu, arta biləcək xəstə sayına tab gətirmək üçün infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda 10 modul tipli xəstəxananın quraşdırılması üzrə işlər davam etdirilir. Onlardan ikisi Bakıda digərləri isə ölkənin müxtəlif regionlarında quraşdırılır. Ölkə rəhbərinin biz qəbələlilərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, artıq rayonumuzda 200 yerlik modul tipli xəstəxananın tikintisinə başlanılmışdır. Bu xəstəxanaların istifadəyə verilməsi sayəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000-dən artıq çarpayı ehtiyatı yaranacaq. Əlavə olaraq bu gün 20-dən çox dövlət xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb, bu məqsədlə ölkədə 23 laboratoriya fəaliyyətə başlayıb. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Pandemiyadan öncə və pandemiya dövründə belə, Azərbaycanda həkimlərə, tibb işçilərinə qayğı ilə yanaşılmışdır, bu gün də onların fəaliyyəti yüksək qiymətləndirilir. Müalicə prosesinin düzgün təşkilinə yönəlmiş kompleks tədbirlər sayəsində Azərbaycan bu vəziyyətdən az itkilərlə çıxa bilir. Koronovirusla mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərə ictimai dəstək yüksək səviyyədədir. Pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayrılıb. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının sürətinin qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa ölkə başçısının nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən zəruri qabaqlayıcı, profilaktik və təxirə salınmaz tədbirlər görülür. Bu gün təsadüfi deyil ki, pandemiya ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanı digər dövlətlərə nümunə kimi göstərir. Çoxtərəfli diplomatiyanın təşviq edilməsi, Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə bu il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü də keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir. Beləliklə, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfəsini verir. Azərbaycan dövləti cəmiyyət üçün həssas olan bu pandemiya dövründə həyata keçirdiyi sosial siyasətlə bir daha öz vətəndaşının yanında olduğunu təsdiq etdi.

Keçidlər