Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Könüllülərimiz aztəminatlı ailələrin zəruri ehtiyaclarının qarşılanmasına yaxından köməklik göstərmişlər.

19 may 2020 | 16:00

Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları ilə bağlı yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixdə ölkədə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) uğurla fəaliyyət göstərir.
Qısa zamanda mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.
Mərkəzin  keçirdiyi aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkmiş, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərmiş, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq  qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə vermişlər.
“Böyüklərimizi qoruyaq!” devizi altında keçirilən kampaniyaya qoşulan könüllülər rayonumuzda yüzlərlə tənha adamların, yaşlıların, aztəminatlı ailələrin,  şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.
Heydər Əliyev Fondunun ölkədə uğurla həyata keçirdiyi sosial layihələrin davamı kimi sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün fond tərəfindən Qəbələ rayonuna göndərilən 716 ədəd ərzaq bağlamalarının   ünvanlarına çatdırılmasında könüllülər fəal iştirak etmişlər.
Ölkədə 8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə  əlaqə nömrələri paylanılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir.  Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaitləri hesabına onlara gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər.
Könüllülərimiz əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanılmasında da böyük həvəslə iştirak etmişlər.
Qəbələ gəncləri, xüsusilə də könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına öz əməli işləri ilə cavab verərək pandemiya dövründə elan edilən karantinlə bağlı dövlətə və dövlətçiliyə sədaqətlərini bir daha nümayiş etdirmişlər.

Keçidlər