Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan gəncliyi - əsil dost, xeyirxahlıq nümunəsidir.

21 may 2020 | 02:00

Müstəqillik dövründə yaşayan, dövlətin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncləri xalqımızın qızıl fondudur. Ölkəmizdə gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri könüllülük fəaliyyətinə xüsusi diqqətin göstərilməsidir. Könüllülük insanları vahid məqsəd ətrafında birləşdirən vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatlarından biridir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində könüllülər hərəkatına böyük önəm verilir. Dövlət başçısı tərəfindən 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması bunun bariz ifadəsidir.
“ASAN xidmət”dən başlanğıc götürən könüllülər hərəkatı hazırda digər sahələri də əhatə edir. İndi dövlət qurumlarında könüllülər dəstələri, qurupları yaradılır. Gənc könüllülər artıq çox xeyirxah bir işlə təmin olunublar. Bu iş çoxşaxəlidir, insanlarla birbaşa ünsiyyətdir, onlara göstərilən yardımdır, xidmətdir, köməkdir. Azərbaycan gəncliyi, yeni nəsil bu milli dəyərlər əsasında tərbiyə alır, dərin köklərə malik mədəni davranış, mədəni rəftar qaydalarına yiyələnirlər. Könüllülük bizim bir milli-mənəvi dəyər kimi dövlətimizin mühafizəsində dayandığını xəbər verir. Preziden İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına cavab olaraq “Bir-birimizi qoruyaq” kompaniyasına start verilmişdir. Bu kompaniyada iştirak edən 18 könüllülər hərəkatının birgə qərarı ilə pandemiya dövründə yaranan yeni şəraitdə əhalinin sağlamlığının qorunması istiqamətində müxtəlif maarifləndirmə və təbliğat tədbirləri həyata keçirilir. Kompaniya çərçivəsində vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyə etdiyi qaydalara uyğun hərəkət etmələri barədə mütəmadi təbliğatlar aparılır. Qısa zamanda yaradılmış “Böyüklərimizi qoruyaq”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyasında minlərlə könüllü iştirak etmişdir. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi aksiyalar çərçivəsində könüllülər ehtiyacı olan şəxslərin həyatı üçün pandemiyanın yaratdığı təhlükənin aradan qaldırılmasına töhfə verirlər.İllərin sınağından çıxan könüllülük hərəkatı artıq ölkəmizdə bir fəaliyyət sahəsi kimi deyil, gənclərimizin həyat tərzi, cəmiyyətdə önəmli rolu ilə seçilən ümummilli hərəkat kimi özünü bir daha təsdiq etmişdir. Pandemiya ilə əlaqədar həssas qruplara yönələn dəstək tədbirlərində, aksiyalarda gənclərin könüllülük hərəkatı bu gün əsl “dost örnəyi” göstərir. Gənc könüllülərimiz “Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkir, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərirlər.
Bu gün ölkəmizin gənclərinin - könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. İndiki şəraitdə şəhid ailələrinə, aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan şəxslərin və tənha yaşlıların evlərinə baş çəkən könüllülərimiz əsl dost dəstəyinin, xeyirxahlığın nümunəsidirlər.

Keçidlər