Qəbələnin tibb işçiləri daim rayon sakinlərinin xidmətindədir.
Qəbələ RMX PHŞ tərəfindən daha bir xeyriyyə aksiyası keçirilmiş, ehtiyacı olan 42 ailəyə Ramazan bayramı münasibətilə ərzaq sovqatı verilmişdir. Bu koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində səhiyyə işçilərinin, əvvəllər səhiyyə sahəsində çalışmış, həmçinin yaş həddi ilə əlaqədar işindən ayrılmış şəxslərə sayca 3-cü xeyriyyə aksiyasıdır.
Ölkə başçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizədə ön cəbhədə olan tibb işçilərinə yüksək qayğısı, mənəvi və maddi dəstəyi bütün ölkədə olduğu kimi Qəbələ səhiyyə işçiləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Tibb işçilərinin mart və aprel ayı üçün müddətli əməkhaqqı əlavələri kart hesablarına köçürülmüşdür.