Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Şəffaf iqtisadi fəaliyyət dövlətin bütün güzəştlərindən bəhrələnməyi təmin etmişdir.

21 may 2020 | 16:00

İqtisadiyyatın ölkədə dinamik inkişafının təmin olunması ilə yanaşı son illər sahibkarlıq fəaliyyətinin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Dövlət tərəfindən bütün sahələr üzrə aparılan islahatlar və əhali üçün nəzərdə tutulan güzəştlər təbii olaraq “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına münbit şərait yaratmış, dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri tətbiq olunmuş, fəaliyyət sahələrinə ayrılan1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Əhalinin sağlamlığının və təhlükəsizlyinin qorunması üçün ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ölkədə işgüzar fəallığa və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərsə də, Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi həyata keçirilməkdədir.
Ölkə başçısının sərəncamları ilə sahibkarlara dəstəyin gücləndirilməsi onlara yeni imkanlar yaradır. Ən çox mənfi təsirə məruz qalan turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. kimi 12 fəaliyyət sahəsi bu vəsaitdən səmərəli və şəffaf istifadə etməklə geniş maliyyə dəstəyinə nail olur.
Azərbaycan hökuməti tərəfindən vergi güzəştlərinin tətbiqi, sahibkarlığın kreditləşdirməsi şərtlərinin yumşaldılması, kiçik və orta sahibkarların dövlət tenderlərinə daha aktiv cəlb olunması, özünəməşğulluq proqramının genişləndirilməsi yeni təşəbbüsləri reallaşdırmaqdadır.
Sahibkarların sosial məsuliyyətinin daha da artırılması vacib olmaqla yanaşı, güzəştlərin tətbiqi zamanı şəffaf, vicdanlı, sosiallıq nümayış etdirən biznes nümayəndələrinə üstünlük verilməsi çox zəruridir. Bu baxımdan iş yerlərini və məşğulluğu qoruyan, əmək müqavilələrinin xitamına, ödənişsiz məzuniyyətlərə yol verməyən və əməkdaşlarını ixtisar etməyən şirkətlərə əlavə vergi və gömrük preferensiyalarının verilməsi nəzərdə tutulmuşdur.
İstehlak kreditləri üzrə faizlərin bir hissəsinin subsidiyalaşdırılması ilə bərabər, yaranmış vəziyyətdə şəffaf iqtisadiyyatın vacibliyi bir daha aktualdır.
Respublikanın hər yerində olduğu kimi koronavirusa qarşı mübarizə aparılan belə həsas dövrdə qəbələli sahibkarlar da korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməli, sosial öhdəlikləri qarşılamalı və bütövlükdə həmrəylik nümayiş etdirməlidir.

Keçidlər