Qəbələdə koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
25 may 2020 | 16:00
Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Qəbələ rayonunda mütəmadi qaydada bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Xüsusi karantin rejimi qaydalarına uygun olaraq rayon ərazisində 5 çoxmənzilli yaşayış binalarında, həmin binaların girişlərində və həyətlərində, 3 gündəlik tələbat malları mağazalarının giriş-çıxışlarında və ətraflarında, 1 iaşə obyektində və ərazisndə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər davam etdirilir. Həmçinin vətəndaşlara insanların sıx toplaşdığı yerlərə getməmək, şəxsi gigiyena qaydalarını gözləmək və sosial məsafəni saxlamaq tövsiyə edilmişdir.