Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilmişdir.

02 iyun 2020 | 16:00

İyunun 1-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən RİH aparatının məsul əməkdaşlarının, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilmişdir. Müşavirədə  koronavirus (COVID-19) pandemiyası ilə bağlı rayondakı vəziyyət təhlil edilmiş, virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin müddətinin 15 iyun 2020-ci il tarixədək uzadıldığı qeyd edilmiş və bununla bağlı yerlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tapşırıq və tövsiyələrə əməl edilməsi vəziyyəti müzakirə edilmiş, Prezident İlham Əliyevin rəhbərliyi altında vaxtında görülmüş qabaqlayıcı  tədbirlər nəticəsində bu virusun ölkəmizdə geniş vüsət almadığı xüsusi vurğulanmışdır. Sonda RİH-nin başçısı ölkədə koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə və həyata keçirilən tədbirlərə rayonumuzda əməl olunması ilə bağlı qüvvələrin bir daha səfərbər olunması istiqamətində müşavirə iştirakçılarına öz tövsiyə  və tapşırıqlarını vermişdir.

Keçidlər