Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır.

05 iyun 2020 | 09:00

Azərbaycan hökuməti koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri istiqamətində çox uğurlu siyasət apardı. Görülən işlər müəyyən qədər infeksiyanın təsirini zəiflətdi və pandemiyanın ölkədə yayılmaması nəzarət altında saxlanıla bildi. Lakin son günlər insanların bu prosesə əməl etməməsi artıq çox ciddi fəsadlar törətməyə başladı və yoluxmaların sayı yüksək həddə çatdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın həftə sonları tam qapanma ilə əlaqədar verdiyi qərarı da qəbələlilər dəstəkləyir və bilirlər ki, vaxtında verilən bu qərar vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır.  Atılan bu uğurlu addım ölkə vətəndaşlarının sağlamlığına xidmət edir. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Şənbə və bazar günlərində ölkənin regionlarında karantin rejiminin sərtləşdirilməsi günün tələbidir. Artıq hamı anlamalıdır ki, yumşalma tədbirlərindən düzgün  istifadə etməyəndə ortaya çıxan fəsadlar daha böyük məhdudlaşmaya səbəb olur. Digər bölgələr kimi Qəbələ rayonunda da bəzi insanlar son vaxtlar insanlar maskadan istifadə etmir, sosial məsafəni gözləmir və hətta pandemiyaya inanmırdı.  Bu cür adamların məsuliyyətsiz davranışları isə bütövlükdə cəmiyyətə böyük təhlükə yaradır. Vətəndaşlar arasında karantin rejiminin qaydalarına riayət etməyənlərə qarşı ictimai qınaq olmalıdır. Karantin rejiminin önümüzdəki aylarda da tətbiq olunmasına və sərtləşdirilməsinə, ehtiyac var. Bu mərhələdən cəmiyyətimizin keçməsi, pandemiya prosesini ən azından gələcəkdə nəzarət altında saxlamaq imkanı yaradır. Çünki virusun vaksini hələ tapılmayıb. Ona görə də insanlar bu istiqamətdə özlərinin üzərinə düşən məsuliyyəti dərk etməlidirlər. Əks təqdirdə bu pandemiya daim bizimlə olacaq.

Keçidlər