Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətində vətəndaşların onlayn qəbulu keçirilmişdir.

06 iyun 2020 | 04:00

Koronavirus (COVİD 19) pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara uyğun olaraq, iyunun 5-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti onlayn qəbulu həyata keçirilmişdir. Onlayn qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilmiş, onların bəzisi yerindəcə həll olunmuş, digərlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Həmçinin qəbula gələn vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVİD 19) pandemiyası ilə bağlı verdiyi qərarlara riayət olunması, tibbi maskalardan istifadə, sosial məsafənin saxlanılması və sanitar-gigiyena qaydalarına əməl edilməsi tövsiyə olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər