Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejiminin yenidən sərtləşdirilməsi zəruridir

06 iyun 2020 | 02:00

Ölkəni və bütün dünyanı öz təsiri altına almış koronavirus (COVID-19) pandemiyası son  günlərdə daha böyük təhlükə yaratmışdır. Respublika Prezidentinin bu sahədə atdığı adekvat addımlar və bununla bağlı hökumətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti hazırkı vaxtadək nəzarət altında saxlamaq mümkün olmuşdur.    Lakin vətəndaşların əksəriyyətinin son günlər karantin rejimi qaydalarına əməl etməməsinə görə, bu virusa yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. Həmçinin Milli Məclis  İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimi dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirmişdir. Dünyanın bir çox ölkələri artıq bir ay öncədən bu təcrübəyə keçiblər. İndiyə qədər Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə zərurət yox idi, amma görünür, indiki vəziyyət həftə sonu ciddi karatin rejiminin tətbiq edilməsini zəruri edir və gələcəkdə lazım olarsa tam karantin rejiminin də tətbiq edilməsi istisna edilmir.Respublikanın bütün regionlarında olduğu kimi Qəbələ rayonunda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına ciddi nəzarət olunur. Bu günlərdə rayon ərazisində pandemiyaya qarşı mübarızə daha da gücləndirilmişdir. Cənab Prezident İlham Əliyevin Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən qoruyucu maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini bilməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Dövlət başçısının tapşırığı ilə verilən  bütün qərar və tapşırıqlar, görülən tədbirlərin ali məqsədi ölkə vətəndaşlarının sağlamlığının və həyatının qorunmasına xidmət edir.

Keçidlər