Qəbələ rayonunda Respublika Fənn Olimpiadalarının final turu keçirilmişdir.
2019-2020-ci tədris ili Respublika Fənn Olimpiadalarının final turu koronavirus (COVİD-19) pandemiyası ilə bağlı Bakı şəhərində deyil zonalar üzrə mərkəzlərdə keçirilməsinə qərar verilmişdir. Bu mərkəzlərdən biri də Qəbələ şəhər Ş.Bulqədirov adına 5 saylı tam orta məktəb seçilmişdir. İyunun 9-da Ş.Bulqədirov adına 5 saylı tam orta məktəbdə kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilmişdir. Fənn olimpiadalarının final turunda Qəbələ rayonu ilə yanaşı İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Ağsu, Goyçay, Ağdaş və Zaqatala rayonlarından olan 53 nəfər şagird iştirak etmişdir. Olimpiadanın keçirildiyi mərkəzdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib.