Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir.

12 iyun 2020 | 02:00

Pandemiya  insandan-insana  asanlıqla  ötürülən  yeni  bir  yolxucu  xəstəliyin  qlobal  miqyasda  kütləvi  yayılmasıdır. Ümumdünya  Səhiyyə  Təşkilatının  ümumi  qaydalrına  görə  pandemiya  zamanı kəskin  respirator  infeksiyası  olan  insanlar  evdə  qalmalı,  ailə  üzvləri  və  kənar  insanlarla  təmasları  minimuma  endirməli  və  xəstəliyin  hər – hansı  bir  əlamətini  hiss  edən  kimi  özünü  təcrid  etməlidir.  Koronovirus  pandemiyası  çoxsaylı  insan  ölümlərinə  səbəb  olmaqla  yanaşı,  dünya  ölkələrini  bir  sıra  iqtisadi,  maliyyə,  səhiyyə  və  sosial  problemlərlə  də  baş-başa  qoyub.  Dünyanın  aparıcı  ölkələri  belə  hazırda  pandemiyanın  yaratdığı  fəsadları  aradan  qaldırmaq,  bu  bəladan  daha  az  itki  ilə  çıxmaq  üçün  yollar  axtarır,  lakin  sevindirici  haldır  ki,  düşünülmüş  və  məqsədyönlü  siyasəti  ilə  nümunə  olan  ölkəmiz  bu  məsələdə  də  müsbət  mənada  fəqlənir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı olmuşdur. Ölkə Prezidenti açılışda  çıxışı zamanı demişdir: “Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”. İnfeksiyaya  yoluxma  faktı  qeydə  alınan  ilk  gündən  Azərbaycan  Ümumdünya  Səhiyyə  Təşkilatı  ilə  yaxından  əməkdaşlıq  şəraitində  əhalinin  sağlamlığının  qorunması  və  pandemiyanın  daha  geniş  yayılmasının  qarşısının  alınması  istiqamətində  mühüm  addımlar  atmışdır.  Başqa  bir  məqam  isə  sosial  -  iqtisadi  sahədə  atılan  işlərlə bağlıdır.  Belə ki,  Azərbaycanda  xarici mənfi  proseslərin  milli  iqtisadiyyata  təsirlərini  azaltmaq,  pandemiyadan  zərər  çəkmiş  sahələrdə  çalışan  sahibkarlara  və  muzdlu  işçilərə  dəstək  vermək,  iş  yerlərini  qorumaq,  əhalinin  sosial  müdafisini  təmin  etmək  məqsədilə  operativ  layihələr həyata keçirilir.  Bir  sözlə    Prezident  İlham  Əliyevin  rəhbərliyi  ilə  ölkəmizdə  koronovirus  pandemiyasına  qarşı  genişmiqyaslı  tədbirlər  görülür. Qəbul  edilən  qərarlar  həm  hüquqi  bazanın  yaradılması,   həm     praktik  müstəvidə  zəruri  işlərin  görülməsi, həm də maddi   dəstək  tədbirlərini  əhatə  edir. Xəstəxanaların açılışında çıxışı zamanı cənab prezident vurğuladı ki, Mənim üçün birmənalı qaydada, tərədüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. “Koronavirus pandemiyası başlayandan  bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”. Pandemiya  şəraitində  dövlət  nə  lazimdirsa  edir,  ölkəmizdə  görülən  bütün  işlər,  qəbul  edilən  qərarlar  bir  məqsəd  daşıyır,  Bu  vətəndaşlarımızın sağlamlığının  maksimum  qorunmasıdır. Pandemiya  dövründə  atılan    addımlar  bir  daha  sübut  etdi  ki,  Azərbaycan  Prezidenti  və  dövləti  hər  zaman  vətəndaşının  yanındadır. Hər bir vətəndaşın da borcudur ki, dövlət başçısının yanında olsun, verilən tövsiyə və tapşırıqlara  əməl etsin. Biz bir xalq olaraq daim Prezidentimizin yanındayıq.

Keçidlər