Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Önləyici tədbirlər Azərbaycanı pandemiyadan xilas edəcək.

12 iyun 2020 | 04:00

Hazırda bütün dünya COVİD-19 la mübarizəyə səfərbər olunub. Ümumdünya Səhiyyə Təşkilatının bu gün üçün qarşısına qoyduğu əsas vəzifələrdən biri bu virusa qalib gəlməkdir. Azərbaycan koronavirusun hələ olmadığı bir vaxtda ona qarşı qətiyyətli mübarizə tədbirləri görmüş, virusun yayılmasının qarşısının alınması və profilaktikası, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi tədbirlər ən yüksək səviyyədə həyata keçirilmişdir. Karantində qalanlara hər cür şərait yaradılmış, bunun üçün mövcud imkanlardan maksimum istifadə edilmişdir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sistemində əlavə 2000 çarpayılıq ehtiyat yaranmışdır. Sevindirici hal ondan ibarətdir ki, bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edir. Məlum olduğu kimi, respublika Prezidentinin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Bu gün sahibkarlar, özəl sektor və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 110 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir.  Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım da göstərmişlər və bu proses davam edir. Amma hər kəs bilir ki, bu mübarizədə, əlbəttə ki, əsas yük Azərbaycan dövlətinin üzərinə düşür. Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir. Ölkəmizdə qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə 23 yeni laboratoriya alınıb. Koronavirus xəstələrini müalicə etmək üçün Azərbaycanda ən qabaqcıl xəstəxanalar ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb. Ölkə Prezidentinin əsas vəzifəsi insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilər də vardır, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Azərbaycan xalqı bu xidmətləri yüksək qiymətləndirir. Hər gün minlərlə insan olkə başçısına minnətdarlıq müraciətləri ünvanlayırlar. Bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə dövlətimiz qabaqcıl yerlərdədir. Dövlət başçısının tapşırığı ilə sənaye imkanlarımızdan da istifadə edildi. Qısa müddət ərzində tibbi maska və digər zəruri avadanlıq və geyimlər istehsal edən müəssisələr fəaliyyətə başladı. Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə hamı  yeni davranış qaydaları çərçivəsində yaşamağa hazır olmalıdır. Xalqımız həmişə birlik nümayiş etdirmişdir, bundan sonra da nümayiş etdirəcəkdir. Ölkənin paytaxt və digər mərkəz şəhərlərində yeni tibb müəsisələri tikilir və yaradılır. Ən çox müalicə olunan xəstələr məhz oradadır. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq imkan verir ki, istənilən xəstənin müalicəsi təmin edilsin. Bu sahədə çalışan tibb işçilərinin, həkimlərin fədakar əməyi Prezident İlham Əliyev tərəfindən həmişə yüksək qiymətləndirilmişdir: “Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördük ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!” Doğma Azərbaycanımızın hər bir regionunda olduğu kimi Qəbələdə də koronavirusla bağlı görülən işlər yüksək qiymətləndirilir. Qəbəlilərin cənab Prezident İlham Əliyevə minnətdarlıq müraciətləri günü-gündən artır. Rayonun bütün ictimai yerlərində, yaşayış mənzillərində dezinfeksiya işləri davam etdirilir. Şəhərin mərkəzində 200 yerlik modul tipli xəstəxananın tikintisi başa çatmaq üzrədir.

Keçidlər