Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon icra hakimiyyəti və rayon polis şöbəsinin əməkdaşları tərəfindən əhali arasında Koronavirus (COVİD-19) infeksiyasına qarşı maarifləndirici təbliğat-izahat işləri davam etdirilir.

18 iyun 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılma tədbirlərindən sonra vətəndaşların böyük bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən rayon üzrə də bu infeksiyaya yoluxanların sayının artma təhlükəsi yaranmışdır. Bununla əlaqədar, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən Qəbələ rayon icra hakimiyyəti görülən tədbirləri daha da gücləndirib, yaradılmış mobil qruplar tərəfindən polis şöbəsinin əməkdaşları ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır. Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilir.

Keçidlər