Qəbələdə gənc könüllülərimiz Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı "Bir-birimizi qoruyaq!" kampaniyasını uğurla davam etdirir.
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına həvəslə qoşulan Qəbələ rayonunun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirirlər. Kampaniya çərçivəsində gənc könüllülər karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunmasını təmin etmək məqsədilə koronavirus (COVID-19) pandemiyası dövründəki davranış qaydaları barədə ictimaiyət arasında maarifləndirmə işləri aparırlar. Həmçinin vətəndaşlara dezinfeksiyaedici məhlullar, əlçək, maska və məlumatlandırıcı bukletlər paylayırlar. Gənclər eyni zamanda təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, restoran və kafelərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, avtomobil dayanacaqlarına yapışdırıblar. “Bir-birimizi qoruyaq!” kampaniyasının əsas məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.