Qəbələ məktəbliləri qızıl və bürünc medallara layiq görülüblər.
İstedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsi məqsədi ilə hər il Təhsil Nazirliyi tərəfindən 8 fənn üzrə olimpiadalar keçirilir. 2019-2020-ci tədris ili ərzində olimpiadanın rayon mərhələsində 552 nəfər şagird iştirak etmiş, onlardan 98 nəfəri zona mərhələsində iştirak etmək hüququ qazanmışdır. Gərgin keçən bilik yarışmasında 8 nəfər Qəbələ məktəblisi Respublika turuna vəsiqə almışdır. Mövcud vəziyyətlə bağlı ilk dəfə olaraq final mərhələ bölgələrdə keçirilmişdir. İyun ayının 9-da Qəbələ şəhərində keçirilən bilik yarışmasında 4 nəfər məktəbli , Vəndam qəsəbə 1 saylı tam orta məktəbin XI sinif şagirdi Əsgərli Zeynəb - Azərbaycan dili fənnindən qızıl medal, Nohurqışlaq kənd tam orta məktəbin XI sinif şagirdi Məsimov İsmayıl - Kimya fənnindən, Mamaylı kənd tam orta məktəbin XI sinif şagirdi Ədilova Xalidə - Biologiya fənnindən, Nohurqışlaq kənd tam orta məktəbin XI sinif şagirdi Abuşova Məleykə Coğrafiya fənnindən bürünc medallara layiq görülüblər.