Rayon ərazisində koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.
22 iyun 2020 | 16:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq 22 iyun 2020-ci il tarixində Qəbələ şəhərinin Elçin Kərimov və 28 May küçələrində koronavirus pandemiyasının yayılma təhlükəsinə qarşı mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri davam etdirilmişdir. Eyni zamanda Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən rayon icra hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar rayon polis şöbəsinin əməkdaşları ilə birgə əhali arasında maarifləndirici söhbətlər aparmış, sosial məsafəni gözləmək, tibbi maskalardan və mütəmadi olaraq gigiyenik qaydalara əməl edilməsinin vacibliyi barədə geniş təbliğat işləri davam etdirilmişdir.