Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon İcra Hakimiyyətinin əməkdaşları və Qəbələ Gənclər İnkişaf və Kariyera Mərkəzinin könüllüləri əhali arasında maarifləndirmə işlərini davam etdirirlər.

24 iyun 2020 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları və Qəbələ Gənclər İnkişaf və Kariyera Mərkəzinin könüllüləri koronavirus pandemiyasının qarşısının alınması ilə əlaqədar rayon sakinləri ilə görüşmüş, bu pandemiyanın insanlara ağır təsiri ilə bağlı maarifləndirici söhbətlər aparmış, həmçinin onlara qoruyucu vasitələr-maskalar, əlcəklər və s. paylamışlar. Könüllülər tənha yaşayan və yaşı 65 dən yuxarı olan rayon sakinlərilə də görüşmüş, onlara zəruri köməklik göstərmişlər.  Onların bu görüş və maarifləndirmə işi sakinlər arasında rəğbətlə qarşılanmış, COVİD-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Respublika Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər