"2 fevral - Gənclər Günü" münasibətilə tədbir keçirilib
30 yanvar 2025 | 17:40
30 yanvar 2025-ci il tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "2 fevral - Gənclər Günü" münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə müasir düşüncəli, dövlətçiliyə sadiq, vətənpərvər yeni nəsil formalaşdığını qeyd etmiş, gəncləri bayram münasibəti ilə təbrik etmişlər. Sonda fəaliyyətlərdə fəallıq göstərmiş bir qrup gəncə bölmə tərəfindən təşəkkürnamələr təqdim edilmişdir.