“20 Sentyabr – iqtisadi və siyasi Zəfərimizin təntənəsi” adlı tədbir keçirilib
18 sentyabr 2026 | 12:17
Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Qəbələ rayon MKS-nin şəhər 2 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə “20 Sentyabr – iqtisadi və siyasi Zəfərimizin təntənəsi” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ölkəmizin müasir tarixindəki müstəsna əhəmiyyətini, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının xalqımızın qəhrəmanlıq salnaməsində qızıl hərflərlə yazıldığını geniş şəkildə diqqətə çatdırmışlar. Sonda 20 Sentyabr – Dövlət Suverenliyi Günün həsr olunmuş videoçarx nümayiş olunmuşdur.













