Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

“20 Yanvar - Azadlığa gedən yol” adlı tədbir keçirilib

19 yanvar 2026 | 14:12

Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36 - cı ildönümü ilə əlaqədar "20 Yanvar -Azadlığa gedən yol" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisənin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, igid oğullarımızın şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiklərini qeyd ediblər. Sonda mövzu ilə bağlı video material nümayiş olunub.

Keçidlər