Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar Azərbaycan xalqının “Qanlı” tarixi, 44 günlük Vətən Müharibəsi xalqımızın “Şanlı” tarixidir

19 yanvar 2023 | 10:28

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar”- Ümumxalq Hüzn Gününün 33-cü il dönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin Tədris İstehsalat İşləri üzrə direktor müavini Camal Rəsulov çıxış edərək, 20 Yanvar hadisələrinin xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverənliyi uğrunda  cəsarət nümayiş etdirdiyi şərəfli qan yaddaşımızdan danışmış, bu tarixin öz siyasi qiymətini Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən aldığını və bu hadisələrin beynəlxalq aləmdə tanınmasında Ulu Öndərin danılmaz rolunu qeyd etmişdir. Tədbirdə çıxış edənlər bildirmişlər ki, tarixin bu qara səhifəsi əbədi olaraq, hər bir azərbaycanlının yaddaşına ümumilli matəm günü olması ilə yanaşı, həm də müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. 20 Yanvar Azərbaycan xalqının “Qanlı” tarixi, 8 Noyabr - Zəfər Günü isə “Şanlı” tarixidir. Tədbirdə şagirdlərin ifasında “20 Yanvar”a həsr olunmuş səhnəciklər nümayiş etdirilmiş, şerlər səsləndirmişlər.

Keçidlər