Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir” adlı tədbir keçirilmişdir

18 yanvar 2023 | 17:29

18 yanvar 2023-cü il tarixində Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü” ilə əlaqədar toplantı keçirilmişdir. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə açan Qəbələ RMX PHŞ-nin direktoru Ceyhun Əhmədov iştirakçılara “20 Yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında ətraflı məlumat vermiş, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açmışdır. Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutduqları, günahsız insanların gülləboran edildiyi qeyd edilmiş, həkimlərin, Tbb Universitetinin tələbələrinin vəzifə borclarını vicdanla yerinə yetirərək çox çətin şəraitdə yaralılara yardım göstərdikləri vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, həmin faciəli günün səhəri öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirmiş və bu tarixi faciəyə məhz Ulu Öndər hakimiyyətə gəldikdən sonra hüquqi və siyasi qiymət verilmişdir. Çıxışlarda bildirilib ki, Azərbaycana qarşı torpaq iddiaları ilə başlayan prosesin davamı olan 20 Yanvar hadisələri xalqımızın mübarizə əzmini qıra bilməyib, əksinə bu hadisələr Sovet İttifaqının süqutunda önəmli rol oynayıb. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının azadlıq istəyini əlindən ala bilməyib. 20 Yanvarın Azərbaycan xalqının qəhrəmanlıq tarixi olduğunu deyən natiqlər bu cür hadisələrdən ibrət götürərək müstəqilliyimizi qorumağın ən müqəddəs məqsəd olduğunu ifadə ediblər.

Keçidlər