Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"20 Yanvar faciəsi Azərbaycana qarşı bəşəri cinayətdir" adlı tədbir keçirilib

16 yanvar 2025 | 17:16

16 yanvar 2025-ci il tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsi Azərbaycana qarşı bəşəri cinayətdir" adlı tədbir keçirilib. GİKM-in Qəbələ nümayəndəliyi və şəhər 1 saylı tam orta məktəbin müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışlarda 1990-cı ilin 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğu vurğulanmış, xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğu diqqətə çatdırılmışdır. Sonda 20 Yanvar faciəsinə həsr olunan kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilmişdir.

Keçidlər