Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

20 Yanvar faciəsi xalqımıza qarşı törədilmiş bəşəri cinayətdir

17 yanvar 2023 | 15:08

17 yanvar 2023-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayonu üzrə səlahiyyətli nümayəndəsi Nargilə Qafarova açaraq qeyd etdi ki, Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər zaman hər kəsin gözləri önündədir. Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırıb. Həmin vaxt ciddi nəzarətdə olan Ümummilli Lider faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb. Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mənfur düşmənin dinc, əliyalın əhaliyə qarşı törətdiyi faciədən danışaraq, həmin qanlı günləri xalqımızn bu gün də unutmadığını qeyd ediblər. Həmçinin, vurğuladılar ki, xalqımız 20 Yanvarda yumruq tək birləşib heç bir hərbi gücün bizi ram edə bilməyəcəyini illər öncə nümayiş etdirdi, 44 günlük Vətən müaharibəsində də bunun bir daha şahidi olduq. Məhz, 20 Yanvar gününün nəticəsidir ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə mənfur düşmənin başını əzməyə, xalqımızın qisasını almağa nail oldu.

Keçidlər