Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər  Əliyevin rolu" adlı  dəyirmi masa keçirilib

16 yanvar 2023 | 17:50

16 yanvar 2023 - cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 2023-cü ilin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə «Heydər Əliyev ili” çərçivəsində 1990-ilin 20 yanvar faciəsinə həsr olunmuş "20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər  Əliyevin rolu " adlı  dəyirmi masa keçirilib. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Kəmalə Qasımova tədbiri açaraq, Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990 -cı il 20 yanvar hadisələrinin səbəbləri və tarixi barədə geniş məlumat vermişdir. Həmçinin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdiyini, vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir. Digər  çıxış edənlər  20 Yanvar hadisələrinin Azərbaycan tarixində əhəmiyyəti və sonraki hadisələrə təsirindən bəhs etmişlər. Sonda Ulu Öndərin 20 yanvar hadisələri barədə fikirləri səsləndirilmiş videoçarx izlənilmişdir.

Keçidlər