"20 Yanvar Ümumxalq Hüzn Günü"nün 35-ci ildönümü ilə əlaqədar rəsm sərgisi keçirilmişdir
17 yanvar 2025 | 16:06
17 yanvar 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində "20 Yanvar Ümumxalq Hüzn Günü"nün 35-ci ildönümü ilə əlaqədar "20 Yanvar- hüzn və şərəf günümüz" adlı rəsm sərgisi keçirilmişdir. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və “20 Yanvar faciəsi” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbir iştirakçılarına Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrinin səbəbləri və tarixi barədə geniş məlumat verilmiş və "20 Yanvar- hüzn və şərəf günümüz" adlı rəsm sərgisinə baxış keçirilmişdir.