Rayon İcra Hakimiyyətinin əməkdaşları və ASAN xidmət mərkəzinin könüllüləri əhali arasında marifləndirmə işlərini davam etdirirlər.
Son zamanlar koronavirusla mübarizədə hər bir vətəndaş həmrəylik nümayiş etdirir. Əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirlər həyata keçirilir. Pandemiya dövründə insanlar bir daha əmin oldular ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır. Virusla bağlı mübarizənin səmərəliliyinin artırılması, insanların təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə mütəmadi olaraq əhali ilə maarifləndirici söhbətlər aparılır, onlara qoruyucu vasitələr paylanılır. Eyni zamanda təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, restoran və kafelərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, avtomobil dayanacaqlarına yapışdırırlar.